Polşanın Ukrayna ilə sərhədində yerləşən Prjevodov qəsəbəsinə iki raket düşüb. Polşa mətbuatında yer alan xəbərlərə görə, bölgədə şiddətli partlayış baş verib. Prjevodov qəsəbəsinə bilinməyən istiqamətdən raketin düşməsi nəticəsində iki nəfər həlak olub.
Polşanın baş naziri Milli Təhlükəsizlik və Xarici Əlaqələr Komitəsini təcili iclasa çağırıb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi isə raketlərin Rusiyaya aid olduğu bildirib.
Hadisədən dərhal sonra NATO-nun döyüş təyyarələri havaya qaldırılıb.
ABŞ-ın yüksək rütbəli rəsmisi də Rusiya raketlərinin Polşaya düşdüyünü və iki nəfərin öldüyünü təsdiqləyib.
Polşa NATO-ya müraciət etməyə hazırlaşır.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski də Rusiyanın bu gün ölkə daxilində, əsasən də enerji infrastrukturuna qarşı 85 raket hücumu təşkil etdiyini açıqlayıb.
Tahir TAĞIYEV