Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbuldakı teror aktına görə, çox sərt cavab verəcəklərini deyib.
Bizə verilən mesajı aldıq və mesajın nə olduğunu bilirik. Amerika səfirliyinin başsağlığını qəbul etmirik.
Əməliyyatlar davam edir. Əgər İstiqlal küçəsində partlayışı törədən terrorçular tutulmasaydı, bu gün Yunanıstana qaçırılacaqdılar.
PYD-ni kim yedizdirirsə, cinayəti törədən onlardır… Aldığımız bu mesaja çox güclü bir mesajla cavab verəcəyik.
Hadisədən sonra aparılan texniki dinləmədə terror təşkilatının göstərişləri açıq şəkildə terrorçunun öldürülməsi istiqamətində olub.
Biz 6 ildir İstanbulda belə terror hadisəsi görməmişdik. Təkcə bu il 200 terror hadisəsinin qarşısını almışıq” – nazir Soylu bildirib.
Tahir TAĞIYEV