Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilkin məlumatların İstanbuldakı partlayışın terror aktı olduğuna dəlalət etdiyini deyib.
"Qəti terrordur desək, səhv olar, amma ilkin məlumatlar, qubernatorun bizə çatdırdığı məlumatlar burada terror qorxusu olduğunu göstərir. Bu işdə bir qadının rol oynadığına dair ilk əlamətlər var. Araşdırmalarımız davam edir. Daha sonra son qərarımızı verəcəyik" - Ərdoğan deyib.
Xatırladaq ki, İstanbulun mərkəzində İstiqlal küçəsində yerli vaxtla saat 16:20-də güclü partlayış baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, 53 nəfər isə xəsarət alıb.
Tahir TAĞIYEV