Ukrayna-Rusiya müharibəsində əldə edilən Rusiya hərbi Ukraynanın paytaxtı Kiyevdə satışa çıxarılıb.
Bbelə ki, Kiyevdə Rusiya hərbi texnikasının satıldığı mağaza açılıb. Mağazada teleqram və auksion vasitəsilə satışdan əldə edilən gəlir Ukrayna Silahlı Qüvvələrinə köçürülür.
İndiyədək satışdan 100 min dollar gəlir əldə edilib, müştərilərin əksəriyyətinin Avropa və ABŞ kolleksiyaçıları olduğu bildirilir.
Satılan hərbi ləvazimatlar arasında Rusiyanın Kiyev, Xarkov, Çerniqov və Donbassda istifadə etdiyi qumbaralar, tank əleyhinə raketlərin hissələri, hərbi dəbilqələr, gülləkeçirməz jiletlər, apoletlər, gilizlər, ilk yardım dəstləri və hərbi sənədlər də var.
Tahir TAĞIYEV