Noyabrın 8-də ABŞ-da Konqresə növbəti seçkilər keçirilib. 100 üzv olan Senatın üçdə biri olan 35 yerə və 435 yerlik Nümayəndələr Palatasına seçkilərdə səslərin hesablanması davam edir.
İlkin məlumatlara görə, Demokratlar Nümayəndələr Palatasında 47, Respublikaçılar isə 82 yer qazanıblar.
“Associated Press” (AP) tərəfindən açıqlanan qeyri-rəsmi nəticələrə görə, Nümayəndələr Palatasında Respublikaçılar 82 yer, Demokratlar isə 47 yer qazanıb.
Qərb əyalətlərində hələ nəticələr açıqlanmasa da, indiyə qədərki nəticələrə görə, Demokratlar Nümayəndələr Palatasında 2 yeri Respublikaçılar uduzub.
Hazırda Nümayəndələr Palatasında Demokratların 220, Respublikaçıların isə 212 yeri var, 3 yer isə boşdur.
Nümayəndələr Palatasında 218 yerə malik olan partiya parlament çoxluğunu qazanır, çoxluğa malik partiya isə bütün komitələrin sədrlərini təyin edir.
Demokratların çoxluq təşkil etdiyi Nümayəndələr Palatasına nəzarəti ələ keçirmək üçün Respublikaçılara 9 yer lazımdır.
Hər 2 ildən bir Amerika xalqı 435 yerlik Nümayəndələr Palatasının tamamı və 100 yerlik Senatda 35 yer üçün seçkiyə gedir.
Bu il Senatdakı 6 illik səlahiyyət müddətini başa vurmayan 29 Respublikaçı və 36 Demokrat namizəd iştirak etməyib.
Senatda kimin çoxluğa sahib olacağını xüsusilə, Pensilvaniya və Corciyadakı nəticələr müəyyən edəcək. Hazırkı qaydada Senatda 50 respublikaçı və 50 demokrat senator var. 51 yer qazanan partiya Konqresin bu palatasında çoxluğa sahib olacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl 8 noyabr seçkiləri ilə bağlı açıqlama verən ABŞ prezidenti Bayden Respublikaçılar seçkilərdə qalib gələcəkləri təqdirdə ona qarşı impiçment elan edəcəklər.
"Respublikaçılar Nümayəndələr Palatasında və Senatda qalib gəlsələr, mənə qarşı impiçment elan edəcəklərini eşitmişəm. Mənə qarşı nə üçün impiçment elan edəcəklərini bilmirəm", - Bayden deyib.
Tahir TAĞIYEV