İllərdir ABŞ-ın “Rusiyanın seçkilərə müdaxiləsi” iddiaları Rusiya cəbhəsində rəsmi olmasa da, ilk dəfə qəbul olunub. “Kremlin aşpazı” kimi tanınan Yevgeni Priqojin ABŞ Konqresinin aralıq seçkilərinə müdaxilə etdiklərini açıqlayıb.
Priqojinin sahibi olduğu “Konkord” şirkətindən verilən yazılı açıqlamada rusiyalı iş adamı noyabrın 8-də ABŞ-da keçiriləcək Konqresə ara seçkilərə müdaxilə etməyə cəhd etməsi ilə bağlı mediada yer alan iddialara münasibət bildirib.
İddiaları qəbul edən Priqojin, "Müdaxilə etdik, müdaxilə edirik və müdaxilə etməyə davam edəcəyik. Bildiyimiz kimi, yumşaq, dəqiq, cərrahi və öz üsulumuzla. Dəqiq əməliyyatlarımız zamanı həm böyrəkləri, həm də qaraciyəri eyni anda çıxaracağıq" deyib.
Rusiya prezidenti Vladimir Putinə ən yaxın adamlardan biri kimi tanınan Priqojin sentyabrın 29-da Donbasdakı qarşıdurmalar səbəbindən “Vaqner”in ilk dəfə 2014-cü il mayın 1-də qurulduğunu açıqlayıb.
Noyabrın 4-də isə Sankt-Peterburqda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Rusiya mühafizə şirkətinin adını daşıyan “Vaqner” mərkəzi açılıb.
Tahir TAĞIYEV