Aylardır Rusiya ilə müharibə vəziyyətində olan Ukraynada həyati əhəmiyyətli infrastrukturların vurulmasından sonra ölkədə elektrik və su böhranı yaranıb.
Rusiya qüvvələri kritik infrastruktur obyektlərinə hücum edərək enerji sistemlərinin 40 faizini sıradan çıxarıb. Bu vəziyyətə bir çox rayonlarda elektrik və su verilişində fasilələr yaşanıb.
Bu arada, Kiyev meri Kliçko şəhər sakinlərinə kritik xəbərdarlıq edib. Səlahiyyətlilərin elektrik və suyun kəsilməsinin qarşısını almaq üçün əlindən gələni etdiyini ifadə edən Kliçko deyib ki, Kiyev sakinləri elektrik enerjisinin tamamilə kəsiləcəyi təqdirdə şəhəri boşaltmağa hazır olmalıdırlar. İnsanlar yaxınları və ya qohumlarının yanına getməyə hazır olmalıdır deyən 51 yaşlı Kliçko Kiyevdəki 3 milyona yaxın sakini "ən pis ssenariyə" hazır olmağa çağırıb.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə fevralın 24-dən davam edir.
Tahir TAĞIYEV