İranda Mahsa Əmininin hicab taxmadığına görə öldürülməsi ilə başlayan və təxminən iki aydır davam edən etiraz aksiyalarında ölənlərin sayı günü-gündən artır.
Ölkədə 50 gündən artıqdır ki, insanlar küçələrdədir və təhlükəsizlik qüvvələrinin adekvat olmayan sərt müdaxiləsi diqqət çəkir.
İran İnsan Haqları Təşkilatının (İHR) İranın 31 əyalətindən 22-si ilə bağlı rəqəmlərin yer aldığı hesabatında ən çox itkilərin Sistan-Bəlucistan, Mazandaran, Tehran, Kürdüstan və Gilan əyalətlərində baş verdiyi bildirilir.
Hesabatda Sistan-Bəlucistan əyalətində 118, Mazandaranda 33, Tehranda 30, Kürdüstanda 26, Gilanda 22, Qərbi Azərbaycanda 21, Kirmanşahda 13, Elborzda 9, Xorasan-ı Rezevi və İsfahanda 4, Loristan, Merkezi, Qəzvin, Kohgiluyə və Boyer-Əhməd, Şərqi Azərbaycan, Ərdəbil, İylam, Xuzistan və Həmədanda hər birində 2 nümayişçi, Buşehr və Simnanda isə bir nümayişçi həlak olub, ölənlərin ümumi sayı 304-ə çatıb.
Hesabatda öldürülən nümayişçilərdən 41-nin 18 yaşdan kiçik, 24-nün qadın olduğu bildirilib.
Tahir TAĞIYEV