Rusiya ordusu ötən ay Ukraynada nüvə silahından istifadə olunmasını müzakirə edib. Baki-xeber.com “Euronews”-a istinadən bildirir ki, bu barədə “The New York Times” məlumat verib. Qəzetə bu məlumatı adı çəkilməyən ABŞ kəşfiyyatçılarının verdiyi təxmin edilir. Qəzetin bildirməsinə görə prezident V.Putin bu danışıqlarda iştirak etməyib. Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyi nüvə silahından istifadə barədə bəyənat vermişdi. Bəyənatda qeyd olunurdu ki, Rusiya kütləvi qırğın silahlarından yalnız mövcudluğuna qarşı təhlükə yarandıqda istifadə edə bilər . ABŞ Təhlükəsizlik Şurasının sözçüsü Con Kiribi yayılan məlumatlara şərh etməsə də, nüvə silahının mümkün istifadəsinin Vaşiqntonda narahatlıq doğurduğunu xəbərdarlıq edib.
Ceyhun MİRZƏLİ