8 noyabrda ABŞ Nümayəndələr Palatasına seçkilər gərgin şəraitdə keçir. Baki-xeber.com “ABC News”-a istinadən məlumat verir ki ABŞ prezidenti Co Bayden bu barədə xalqa müraciət edib. C.Bayden insanları zorakılıqdan uzaq durub, demokratiyanı qorumağa çağırıb. C.bayden fikirlərini belə izah edib: “Biz öz səsimizlə zorakılığa və hədə-qorxulara qarşı durmalıyıq. Amerikadakı fikir ayrılıqları zorakılıqla, gülləylə həll olunmur. Biz onları seçki qutusunda sülh yolu ilə həll edirik”. C.Bayden Nensi pelosinin evinə hücum edənləri 6 yanvarda Kapitoliyə basqın edənlərlə eyniləşdirib. ABŞ-da respublikaçılar və demokratlar arasında bu hadisəylə bağlı məhkəmə çəkişməsi gedir. Məhkəməyə keçmiş prezident D.Tramp da dəvət olunub.
Ceyhun MİRZƏLİ