Rusiyanın Ukraynanın enerji strukturlarına hücumları “Böyük Yeddi “ ləri Kiyevə yeni dəstək verməyə vadar edib. Baki-xeber.com “Europeyski Pravda “ya istinadla bildirir ki , cümə axşamı Almaniyada keçiriləcək görüşdə Ukraynaya dəstəyin koordinasiyası müzakirə olunacaq. Keçiriləcək görüşdə İrandakı etirazlar, Çinin artan gücü də müzakirə olunacaq. Lakin əsas diqqət yenə də Ukraynaya veriləcək . Bu barədə ABŞ Dövlət katibi Entoni Blinken məlumat verib.
Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson çərşənbə axşamı Kiyevə səfəri zamanı bildirib ki, Avropa İttifaqı tərəfdaşları ilə birlikdə Ukraynanın enerji sektoruna yardımı artırmaq yollarını araşdırır.
Ceyhun MİRZƏLİ