Ukrayna üçün hətta müharibə başa çatdıqdan sonra da təhlükəsizlik birinci prioritet olaraq qalacaq. Baki-xeber.com “RBK Ukrayna”ya istinadla bildirir ki, bu barədə Ukrayna prezidenti V.Zelenski danışıb. Prezident bəyan edib ki, təhlükəsizliyin əsas prioriet olması təkcə Ukraynaya deyil digər ölkələrə də aiddir. V.Zelenski belə deyib "Bu müharibədən sonra hamının diqqəti xüsusilə təhlükəsizliyə yönələcək. İnanıram ki, təhlükəsizlik bir nömrəli prioritet olacaq. Biz Rusiyanı öz torpaqlarımızda məğlub edəcəyik, lakin bu o demək deyil ki, biz 10-20 ildən sonra geri qayıtmayacağıq”.
O qeyd edib ki, ukraynalılar sərhədlərdə, havada, quruda və suda özlərini qorumalıdırlar.
Ceyhun MİRZƏLİ