Ukraynanın paytaxtı Kiyevdə Avropa İttifaqının (Aİ) Enerji Komissiyasının üzvü Kadri Simson ilə görüşən Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumları səbəbilə Avropaya elektrik enerjisi ixracını dayandırdıqlarını açıqlayıb.
"Təəssüf ki, biz bu prosesi (Avropaya enerji nəqlini) dayandırdıq, çünki Rusiya Federasiyası bizim enerji sistemimizi raketlər və kamikadze dronlarla vurdu. Amma əminəm ki, hər şey normallaşanda və enerji sistemlərimizdəki vəziyyət yenidən bərpa olunandan sonra Avropaya elektrik enerjisi ixracını davam etdirəcəyik” - Zelenski deyib.
Zelenski, Rusiyanın hücumları nəticəsində su elektrik sistemləri ilə yanaşı, istilik elektrik stansiyalarının da zədələndiyini ifadə edərək, Ukraynanın enerji infrastrukturunun 40 faizinin ciddi şəkildə zədələndiyini bildirib.
Rusiyanın bu hücumlarını “terror hücumları” kimi xarakterizə edən Zelenski, strateji enerji sistemlərinə edilən hücumlara qarşı özlərinin də tədbirlər görməyə davam etdiklərini bildirib.
Tahir TAĞIYEV