79 yaşlı ABŞ prezidenti Co Bayden vəzifəyə gəldiyi gündən etdiyi qeyri-adi hərəkətlər və sözləri ilə adından söz etdirməyə davam edir.
Boş hava ilə əl sıxma videoları ilə sosial mediada gündəmdə olan Bayden bir müddət əvvəl Ağ Evdə yolunu azmışdı, mühafizəçi isə ona yolunu göstərmişdi. Baydenin yeni görüntüləri isə qısa zamanda sosial mediada gündəm olub.
Florida ştatının Hallandale Beach şəhərində keçirilən tədbirdə inflyasiyaya toxunan Bayden, "İraqdakı müharibəyə görə hazırda inflyasiya dünya səviyyəsində bir problemdir... Bağışlayın, Ukraynadakı müharibə. İraqı düşünürəm, çünki oğlum orada ölüb" deyib.
Halbuki Baydenin oğlu Beau 2015-ci ildə Merilend ştatındakı Valter Rid Milli Tibb Mərkəzində beyin şişindən vəfat edib. Bayden ilk dəfə deyil ki, bu ifadəni işlədir. ABŞ prezidentinin oğlunun İraqda öldüyünü əvvəllər də bir neçə dəfə təkrarlayıb.
Tahir TAĞIYEV