Avropa İttifaqının qaz qiymətləriylə bağlı qərarı Qətərin narazılığına səbəb olub. Baki-xeber.com “İzvestia”-a istinadla bildirir ki , bu barədə Qətərin energetika naziri Saad Əl Kaabi danışıb. Nazir Avropanın taban qiymətlə bağlı siyasətini tənqid edib. Onun fikrincə ABŞ və Avropada qaz qiymətlərinin ucuzlaşması müvəqqəti xarakter daşıyır. S.Ə.Kaabi belə deyib “Bazarlara müdaxilə rəqabət qaydalarını pozar və qaz hasilatına investisiya qoyuluşunu təhlükə altında qoyar. Sərbəst bazar həmişə ən yaxşı həll yoludur” deyən o, rəqabət aparan idxalçıların cəmi bir sent daha çox təklif etməklə Avropa ölkələri üçün nəzərdə tutulan yükləri cəlb edə biləcək.
Qeyd olunur ki, Qətər Avropadan maye qaz tədarükünü yönləndirməkdən çəkinməyə razılaşsa da, müqaviləyə əsasən bu, qadağan edilmir.
“Qətər buna sadiqdir, lakin heç bir şey qalıcı deyil və bizim həcmlərimizlə istədiyimizi etmək hüququmuz var. “ Bu, müəyyən müddət üçün verdiyimiz söz idi. Bizə yoldan çıxmağımız münasib olanda bunu edəcəyik”, - deyə əl-Kəbi bildirib.
Ceyhun MİRZƏLİ