Avropa Kosmik Agenliyin yerin maqnit sahəsindən qyri-adi səsləri qeyd edib. Baki-xeber.com “The National” a istinadla bildirir ki, bu səsləri insanları eşidə bilməzlər. Maqnit sahəsi dünyanı kosmik radiasiyardan və günəş axınlarından qoruyur.
Hesabatda deyilir ki, son illərdə Danimarka Texniki Universitetinin alimləri ESA-nın Swarm peyk missiyası tərəfindən ölçülən maqnit siqnallarını götürərək onları səsə çeviriblər. Nəticələr qorxuncdur. Beş dəqiqəlik səsə xırıltılı səslər və dərin nəfəs kimi səslər daxildir.
Kosmik Agentlik , audionun insanlara “maqnit sahəsinin mövcud olduğunu və onun gurultusu bir az əsəbi olsa da, Yerdəki həyatın mövcudluğunun ondan asılı olduğunu” xatırlatmaq üçün bir yol olduğunu söylədi.
Layihə 2013-cü ildə işə salınıb və onun məqsədi təkcə Yerin nüvəsindən deyil, mantiyadan və okeanlardan qaynaqlanan maqnit siqnallarını dəqiq ölçməklə maqnit sahəsinin necə əmələ gəldiyini anlamaq olub.
Ceyhun MİRZƏLİ