Rusiya baş naziri Kixail Mişustin baş verən böhrana görə Qərbin bütün məsuliyyəti Rusiyanın üstünə atmaq istəyini bəyan edib. Baki-xeber.com “TACC”-a istinadən bildirir ki M.Mişustin fikirlərini belə izah edib "Görünməmiş sanksiyalar dost olmayan ölkələrin seçdiyi yoldur. Amma indiki şəraitdə belə Rusiya iqtisadiyyatı uyğunlaşmaq qabiliyyətini nümayiş etdirir. Beynəlxalq hüquq nöqteyi-nəzərindən birtərəfli və tamamilə qeyri-qanuni məhdudlaşdırıcı tədbirlər onların təşəbbüskarlarına ciddi ziyan vurur. ,"
Mişustin qeyd edib ki, Qərbin ciddi təzyiqləri və rus mədəniyyətini ləğv etmək cəhdləri fonunda Rusiya hakimiyyətinin həmvətənlərini dəstəkləməsi xüsusilə vacibdir. “Tarixi vətənini ürəkdən sevən, başqa dövlətlərdə yaşasalar da, öz ana dilini, əcdadlarının adət-ənənələrini qoruyub saxlamağa çalışan insanlarla əlaqələri genişləndirmək vacibdir”, - deyə o, yekunlaşdırıb.
Ceyhun MİRZƏLİ