Rusiyanın taxıl sazişindən çıxmasına Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov münasibət bildirib. Baki-xeber.com “TACC”-a istinadla bildirir ki, o, Rusiyanın iştirakı olmadan taxılın çatdırılmasının risqli olduğunu bəyan edib. Jurnalistlərə açıqlamasında Peskov belə deyib: “Rusiya bu ərazilərdə naviqasiyanın təhlükəsizliyinə təminat verilməsinin mümkünsüzlüyündən danışdığı bir şəraitdə, təbii ki, belə bir sövdələşmə mümkün deyil, o, fərqli xarakter alır, daha risqli, təhlükəli və təminatsızdır”.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi qeyd edib ki, sövdələşməni təhlükə altına qoyan məhz Kiyevin hərəkətləri olub. Türkiyənin Rusiyanın iştirakı olmadan taxıl sazişinin icrasını davam etdirmək niyyətinə münasibət bildirən Peskov Moskvanın Rusiya Xarici İşlər Nazirliyi və digər idarələr vasitəsilə Ankara və BMT ilə təmaslarını davam etdirdiyinə diqqət çəkib.
Eyni zamanda, Peskov taxıl müqaviləsinin mümkün davamı üçün Moskvanın şərtlərini hələ də deyə bilməyib. “Mən hələ bu suala cavab verməyə hazır deyiləm, bu asan deyil”, - Kreml sözçüsü bildirib.
Ceyhun MİRZƏLİ