Almaniya və Avropa İttifaqı (Aİ) İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımağı nəzərdən keçirir. Bu barədə Almaniyanın xarici işlər naziri Baerbok açıqlama verib.
“Keçən həftə açıqladım ki, başqa bir sanksiya paketini işə salacağımızı, İslam İnqilabı Keşikçiləri Korpusunu da terror təşkilatı siyahısına necə daxil edə biləcəyimizi araşdıracağımızı açıq demişdim” Baerbok bildirib.
Baebok həmçinin edib ki, hazırda İran və Qərb arasında nüvə sazişi ilə bağlı danışıqlar aparılmır.
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ Dövlət Departamentinin 2019-cu il aprelin 15-də ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövründə dərc etdiyi “xarici terror təşkilatları” siyahısına daxil edilib.
Tahir TAĞIYEV