ABŞ-ın iyun ayından Ukraynaya verməyə başladığı “HİMRASS” raketlərinin ruslar tərəfindən vurulması xəbəri yayılıb. Baki-xeber.com “Unian”a istinadla bildirir ki, Rusiya qüvvələri Xersona atılan “HİMRASS” raketlərinin zərrəsizləşdirildiyini bəyan ediblər. Lakin Qərb ekspertləri “HİMRASS” ın zərərsizləşdirilməsi barədə sübut tapmayıblar. “Müharibə Tətqiqatları İnstitutu”nun hesabatına görə, “Rusiya qüvvələrinin HIMRASS sursatlarını nə vaxtsa ələ keçirdiyinə dair heç bir açıq mənbə sübutu yoxdur”. Ukrayna müdafiə naziri Aleksey Reznikov bir daha xatırladıb ki, ABŞ bu silahı müəyyən şərtlərlə Ukraynaya verib. “HİMRASS”ın Rusiya ərazisində istifadəsi məsləhət görülməyib. Həmçinin bu silahdan Krımdakı separatçılara da atəş açılmayıb.
“HİMRASS” artilleriya sistemlərinin, hava hücumundan müdafiə sistemlərinin və atəş dəstəyinin, yük maşınlarının, döyüş maşınlarının və zirehli personal daşıyıcılarının cəmləşdiyi əraziləri məhv etmək, habelə onların bölmələrinə atəş dəstəyini təmin etmək üçün nəzərdə tutulub.
Ceyhun MİRZƏLİ