Almaniya hökuməti ölkənin çip şirkətlərindən birinin Çin müəssisəsinə satışını dəstəkləməyi planlaşdırır. Baki-xeber.com “Err News”-a istinadən məlumat verir ki, satış təklifi hazırda Almaniya İqtisadiyyat Nazirliyi tərəfindən nəzərdən keçirilir. “Politico”-ya görə, yekun qərarın yaxın həftələrdə veriləcəyi gözlənilir. Qeyd edək ki, Almaniya xüsusi xidmət orqanları bu layihəyə qarşı çıxıb. Buna görə Almaniya təhlükəsizlik xidmətləri şirkətin yaxınlaşan satışından narahatdır və “Handelsblatt”-a görə, hökumətə sövdələşməni dayandırmağı tövsiyə edib. Lakin buna baxmayaraq, Almaniya höküməti bu satışı təsdiqləyib. Almaniya kansleri terminalı satmağa qərar verərkən ölkənin bir sıra nazirliklərinin, Avropa İttifaqının və Yaşıllar Partiyasından olan özünün vitse-kanslerinin rəyinə məhəl qoymayıb.
Ceyhun MİRZƏLİ