Özbəkistan Xarici İşlər Nazirliyi Ukrayna mətbuatında İrana məxsus pilotsuz təyyarələrin ölkədə yığılması ilə bağlı yayılan məlumatı təkzib edən bəyanat yayıb. Baki-xeber.com ” Kommersant” qəzetinə istinadən bildirir ki, Özbəkistanın Xarici İşlər Nazirliyi Ukrayna mətbuatına müraciət edərək əsassız məlumatlar yaymamağa çağırıb. Xarici İşlər Nazirliyinin bəyənatında deyilir “Biz bəyan edirik ki, Özbəkistan Respublikası İran İslam Respublikası ilə hərbi-texniki sahədə əməkdaşlıq etmir və İranın hərbi texnikasını öz ərazisində yığmır.
Bundan əvvəl ukraynalı jurnalist Dmitri Qordonun (Rusiya Federasiyası Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınıb) rus əsilli israilli iş adamı Leonid Nevzlinlə videomüsahibəsində İranın hərbi pilotsuz təyyarələrinin Özbəkistanda istehsalına başlanıldığı barədə məlumat verilmişdi.
Ceyhun MİRZƏLİ