Rusiya, nəyin bahasına olursa-olsun, əməliyyatları dondurmaq istəyir. Baki-xeber.com “RBC Ukrayna” ya istinadla məlumat verir ki, bu barədə Polşa prezidenti Anjey Duda danışıb. Polşa liderinin rəyinə görə, çirkli bomba iddiaları ilə çətin duruma düşən Moskva əməliyyatları müvəqqəi dayandıra bilər.
Polşa prezidentinin sözlərinə görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qərbli həmkarlarına zəngləri Moskvanın nəyin bahasına olursa olsun müharibəni dondurmaq cəhdidir.
"Moskvanın planına görə, bu, Qərbdən, NATO ölkələrindən Ukraynaya hərbi yardımın dayandırılmasına gətirib çıxarmalıdır, çünki o, ümumiyyətlə, bu müharibəni uduzacaq və Ukrayna beynəlxalq hüquqla tanınan sərhədlərində tədricən nəzarəti bərpa edir". Polşa prezidenti belə deyib.
O əlavə edib ki, ordusunun geri çəkilməsinə görə Rusiya Federasiyası nüvə zərbəsi və ya “çirkli bomba”dan istifadə ilə hədələməyə çalışır. Və Moskvanın bu cür təhdidləri onların taktikasının və Qərb ölkələrini Ukraynaya dəstəyi dayandırmağa məcbur etmək üçün onları qorxutmaq cəhdlərinin bir hissəsidir.
Ceyhun MİRZƏLİ