İlon Maskın gözlənilən Tvitter satınalması həyata keçib. Baki-xeber.com “BBC News”-a istinadən bildirir ki satınalma 44 milyard dollara başa gəlib. “Tvitter” multi-milyarderdən bir müddət qaçmağa çalışsa da, məqsədinə nail olmayıb. Hələ ki, şirkət satınalmanı təsdiqləməyib. Lakin sövdələşmənin tamamlandığı xəbər verilir. İ.Mask Tvitterin moderasiya siyasətini bəyənmədiyini bəyan edib. Bu da şirkətdə istər-istəməz narazılıqla qarşılanır.
Ceyhun MİRZƏLİ