Rusiya ilə Ukrayna arasında müharibə getdikcə böyüyür. ABŞ-dan HAWK, Almaniyadan isə MARS hava sistemləri alan Ukrayna Rusiya raketlərinə qarşı qurudan da hücumlarını sürətləndirib.
Luqanskla yanaşı Donestk və Xersona da hücum edən Ukrayna torpaqlarının bir hissəsini Rusiyadan ala bilib. Ukraynanın hərbi uğurlarından sonra, xüsusən də əsgər çatışmazlığından əziyyət çəkən Rusiyada qismən səfərbərlik qərarı verilib və hətta qadınların da orduya cəlb edilməsinin müzakirə mövzusu olduğu iddia edilir. Ukrayna mənbələri Rusiyanın indiyədək Ukraynada 70 min əsgərinin öldüyünü və yaralandığını iddia edir.
“American Foreign Policy” jurnalı isə bütün dünyada rezonans doğuran bir xəbər dərc edib. “Rusiya əfqan komandolarını orduya cəlb edir” başlıqlı xəbərdə ABŞ və NATO tərəfindən təlim keçmiş və keçən il Talibanın hakimiyyəti ələ keçirməsindən sonra işsiz qalan keçmiş komandoların Moskvadan iş təklifi aldığı bildirilir.
Məlumata görə, ABŞ və Qərb ölkələri tərəfindən tərk edilmiş əfqan xüsusi təyinatlı əsgərləri Rusiyanın Ukraynada döyüşmək üçün onlarla əlaqə saxladığını bildirirlər. ABŞ-ın Əfqanıstandan yalnız bir neçə yüz yüksək rütbəli komandiri çıxardığını vurğulayan “Foreign Policy” amerikalıların 20 ildir təlim keçdiyi minlərlə əfqan əsgərinin Taliban Kabilə girdiyi zaman qonşu ölkələrə qaçmalı olduğunu xatırladır.
Tahir TAĞIYEV