Rusiya hakimiyyəti Ukrayna müharibəsindəki çətinliklərini aradan qaldırmaq üçün yeni qurum yaradıb.
Baki-xeber.com” Euronews”-a istinadən məlumat verir ki , “Xüsusi Hərbi Əməliyyatın Ehtiyaclarının Qarşılanması üzrə Koordinasiya Şurası” adlandırılan qurumun işinə V.Putinin özünün nəzarət edəcəyi gözlənilir. Çərşənbə axşamı o, Rusiya qoşunları üçün silah və təchizat istehsalını və çatdırılmasını sürətləndirməyi nəzərdə tutan yeni komitəyə sədrlik edərək, "bütün sahələrdə daha yüksək temp əldə etməyin" zəruriliyini vurğuladı. Rusiya mətbuatının etirafına görə, səfərbərliyə alınmış 300 minlik əsgərlərin təcizatında ciddi proplemlər olub. Digər məlumatlarda isə Moskva qoşunlarının getdikcə köhnə və bəzən etibarsız texnikadan istifadə etməyə məcbur edildiyi və yeni səfərbər edilmiş bəzi qoşunların az təlim keçərək müharibə cəbhəsinə aparıldığı bildirilir.
Ceyhun MİRZƏLİ