Yağışlar səbəbindən Ukrayna ordusunun cənuba irəliləməsi zəifləyib. Baki-xeber.com “Ukrainskya Pravda”ya istinadən bildirir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksey Reznikov söyləyib.
Lakin nazir bəyan edib ki, hərbçilər əraziləri azad etmək üçün səy göstərirlər. “Fox News” kanalına müsahibəsində nazir söyləyib: "Cənubda biz də əks-hücum kampaniyamızı davam etdiririk. Hazırda bəzi hava şəraiti, yəni yağış bizi ləngidir. Amma biz kəndlərimizi, metrləri, kilometrləri geri almaq, addım atmaq üçün taktikadan istifadə edirik və biz bunu davam etdirəcəyik. Biz HIMARS kimi Amerika sistemlərindən, eləcə də M270, 155 mm-lik artilleriya kimi digər MLRS-lərdən istifadə etməklə Dnepr üzərindəki bütün körpülərə nəzarət edirik - bunların hamısı ABŞ-dan M777 kimi müasir NATO standart sistemləridir. Onların qalması üçün. Xersonda bu real risqdir, çünki onların Xarkov istiqamətində, məsələn, İzyumda və digər şəhərlərdə olduğu kimi qaçmaq imkanları olmayacaq”, - o bildirib.
Ceyhun MİRZƏLİ