ABŞ mütəffiqləri olan Yaponiya və Cənubi Koreyanı qorumağı yenidən vəd edib. Baki-xeber.com “Aljazeera” a istinadən bildirir ki, Vaşiqnton Şimali Koreyaya, nüvə sınağı keçirəcəyi təqdirdə, analoqu olmayan cavab verəcəyi barədə xəbərdarlıq edib. Cənubi Koreyanın xarici işlər nazirinin birinci müavini Ço Hyun-Donq Tokioda mətbuat konfransında deyib: “Biz razılaşdıq ki, Şimali Koreya yeddinci nüvə sınağı keçirərsə, misilsiz miqyasda cavab tədbirləri görülməlidir”.
Ço öz şərhini Yaponiyanın xarici işlər nazirinin müavini Takeo Mori və ABŞ dövlət katibinin müavini Vendi Şermanla birlikdə deyib.
Şimali Koreya bu il misli görünməmiş sürətlə silah sınaqları həyata keçirir, son həftələrdə Yaponiyanın üzərindən uçan raket də daxil olmaqla iyirmidən çox qısa və orta mənzilli ballistik raketlər atıb.
"Biz Pxenyanı növbəti təxribatlardan çəkinməyə çağırırıq" deyən Şerman, Şimali Koreyanın fəaliyyətini "ehtiyatsızlıq" və region üçün sabitliyi poza bilən hərəkətlər hesab edir.
Ceyhun MİRZƏLİ