Türkiyə Rusiya qazını endirimlə almaq istəyir. Baki-xeber.com “TACC”-a istinadla bildirir ki, bu barədə xəzinə və maliyyə naziri Nurəddin Nəbati “Financial Times” a müsahibəsində deyib. Ankara “Qazprom”dan ödənişlərin təxirə salınmasına da xahiş edib. Nazir bildirib ki Türkiyə hakimiyyəti qazda ciddi endirim etmək istəyir. N.Nəbati hər iki məsələ ilə bağlı yaxşı xəbərlərin olacağına inamını bildirib. Qeyd edək ki R.T.Ərdoğanla V.Putin arasındakı Səmərqənd görüşündə qaz tədarükünün 25 %-nin rublla ödənilməsi razılığına gəlinib. Türkiyənin sənaye və energetika naziri Fatih Dönməz rublla ödənişin yaxınlarda gerçəkləşəcəyini bəyan edib. Bloomberg okrtyabrın əvvələrində Ankaranın Moskvadan 2014-cü ilədək qaz ödənişlərini təxirə salmaq istəyini yazmışdı.
Ceyhun MİRZƏLİ