Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Rusiyanın “çirkli bomba” ittihamları fonunda təşkilatın müfəttişlərinin tezliklə Ukraynadakı iki nüvə obyektinə baş çəkəcəklərini bildirib.
Baki-xeber.com “Unian” -a istinadən bildirir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. O bildirib ki, “MAQATE” Rusiyanın Ukraynanın özünün iki nüvə obyektində nüvə silahı istehsalı ilə məşğul olması ilə bağlı iddialarından xəbərdardır və bu obyektlərin Agentliyin mühafizəsi altında olduğunu və onun tərəfindən mütəmadi olaraq yoxlanıldığını vurğulayıb.
"MAQAT”E bir ay əvvəl bu obyektlərdən birini təftiş etdi və bizim bütün tapıntılarımız Ukraynanın mühafizə bəyannaməsinə uyğun idi. Heç bir bəyan olunmamış nüvə fəaliyyəti və ya material tapılmadı", - Rafael Qrossi bildirib.
O əlavə edib ki, Ukraynadan sorğu aldıqdan sonra Agentliyin müfəttişləri “hər hansı mümkün elan olunmamış nüvə fəaliyyəti və materiallarını” müəyyən etmək üçün yaxın günlərdə bu obyektlərə yenidən baxmağa hazırlaşır.
Ceyhun MİRZƏLİ