Almaniya prezidenti Frank Valter Ştaynmer çərşənbə axşamı qatarla Kiyevə gəlib.
Baki-xeber.com “Euronews”-a istinadən bildirir ki, bu, Rusiyanın Ukraynaya təcavüzündən sonra edilən birinci səfərdir. Almaniya prezidentinin sözçüsü Zerstine Gammelin “Tvitter” səhifəsində yazıb: "Bizim həmrəyliyimiz sarsılmazdır və belə qalacaq". Almaniya prezidenti səfərinin məqsədini belə açıqlayıb: “Mənim ukraynalılara mesajım budur: biz təkcə sizin tərəfinizdəyik, biz Ukraynanı iqtisadi, siyasi və hərbi cəhətdən dəstəkləməyə davam edəcəyik”. Kiyevdə Almaniya liderini prezident Zelenski qəbul edəcək. Səfərin digər təfərrüatları hələlik məlum deyil.
Daha əvvəl Ukrayna paytaxtına gələn Avropa ölkələrinin başçıları Kiyev vilayətinin hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş Buça, İrpin və Borodianka şəhərlərinə səfər ediblər.
Qeyd edək ki bundan öncə Almaniya hakimiyyəti Ukraynaya silah verməkdə tərəddüd edirdi.
Ceyhun MİRZƏLİ