Səkkiz aydır davam edən Ukrayna müharibəsi Rusiyanın gələcək prezidenti ilə bağlı müzakirələrə səbəb olub.
Baki-xeber.com Türkiyənin “Hurriyet” qəzetinə istinadən məlumat verir ki, artıq V.Putinin öz sələfini seçdiyi iddia olunur. İddialara görə, bu şəxs Sergey Kiriyenkodur. O hazırda Rusiya Federasiyası Prezidentinin Administrasiyası rəhbərinin birinci müavinidir. S.Kriyenkonun V.Putinin ən yaxın sirdaşlarından biri olduğu söylənilir. “Telegraph” qəzetini təhlilinə görə, Kremldəkilərin hələ ki, varislik planının detallarından xəbərləri yoxdu. S.Kriyenko 30 sentyabrda keçirilən tanınmamış referendumun təşkilatçılarından biri olub. Rusiya lideri bu məsələdə də ona güvənib. Sergey Kriyenko 1998-ci ildə Boris Yeltsin tərəfindən baş nazir vəzifəsinə təyin olunub. Amma o bu kürsüdə çox az əyləşə bilmişdi.
Ceyhun MİRZƏLİ