Rusiyanın Ukraynaya hücumu bütün şiddəti ilə davam edərkən Rusiya ilə bağlı daha bir qorxulu xəbər yayılıb. Rusiya prezidenti Vladimir Putinin Qərblə daha geniş müharibəyə hazırlaşdığı iddia edilir.
Putinin yeraltı xəstəxanalar tikdiyi və məcburi hərbi xidmət müddətini 2 ilədək uzadacağı və qadınları da müharibəyə cəlb edəcəyi bildirilir.
Rusiya şəhərlərindəki zirzəmilərin və bunkerlərin mülki vətəndaşlar üçün təcili tibbi yardım obyektinə çevrildiyi iddia edilir. Mənbələr onu da iddia edir ki, Rusiyanın Aşağı Palatası Duma hərbi xidmətə çağırış müddətini bir neçə aydan iki ilə qədər artırmaq və səfərbərliyə qadınları da cəlb etmək istəyir.
Digər tərəfdən, Putinin NATO-nun reaksiyasını ölçmək üçün Ukraynadakı Kaxovka bəndini partlatmağı planlaşdırdığı da qeyd olunur. Bu, Ukraynanın cənubunda dağıdıcı daşqınlara səbəb ola bilər. Həmçinin hesab edilir ki, Moskva bəndi vurmaqla Qərbi “sınamaq” istəyir.
Tahir TAĞIYEV