İranın Ukrayna müharibəsində Rusiyaya yardımları müzakirə olunmaqdadı. Baki-xeber.com “Fox News”-a istinadən bildirir ki, müharibədə İran pilotsuz uçuş aparatlarının iştirakı bu ölkəni törədilən müharibə cinayətərinə ortaq edə bilər. Bu barədə ABŞ-dakı Demokratiyanı Müdafiə Fondunun baş əməkdaşı B. Taleblu deyib: "Ukraynaya raket ötürmə potensialı ilə İslam Respublikasını Ukrayna müharibəsində Rusiyanın tərəfində olan döyüşçü hesab etməyə başlamaq lazımdır". “Həqiqətən də, İranın ağır silahlanmış intiharçı pilotsuz təyyarələri Kiyevi vurursa, o zaman İranın bu münaqişədə sadəcə passiv tərəfdaş olması haqda uydurmalarının heç bir mənası olmayacaq. Taleblunun şərhləri, ötən həftə İranın Rusiyanın Ukraynadakı müharibə səylərinə yardımını artırdığı, o cümlədən Rusiya qüvvələrini intiharçı pilotsuz uçan aparatlar və “yer-yer” tipli ballistik raketlərlə təchiz etdiyinə dair çoxsaylı xəbərlərdən sonra gəlib. Bu faktı cümə axşamı Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi təsdiqləyib və deyib ki, “iranlılar rusların onlardan daha yaxşı kamikadze kimi istifadə etmələrinə kömək etmək üçün bəzi təlimçilər və texniki dəstəklər götürmək qərarına gəliblər”. Kirbi jurnalistlərə deyib: "Bizdə olan məlumat odur ki, iranlılar Krıma təlimçilər və texniki dəstək yerləşdiriblər, lakin pilotluğu həyata keçirən ruslardır". "Hazırda bizim qiymətləndirməmiz belədir".
Ceyhun MİRZƏLİ