Kiyevin hərbi komissarı Yuriy Maksimov təchizat üçün Ukraynada səfərbərliyin uzadılması qərarına gəlib. Baki-xeber.com “İzvestiya”ya istinadən məlumat verir ki,Y.Maksimovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin əlavə heyətə ehtiyacı var. “Əlavə kadrlara ehtiyac var. Təbii ki müdafiə qüvvələrinin daha çox şəxsi heyəti olmalıdır. Səfərbərlik davam edəcək. Bu, zərurətdən yaranır” - Y.Maksimov fikirlərini belə əsaslandırıb. Səfərbərliyə 60 yaşəna qədər kişilər cəlb edilib. Onlara istənilən vaxt müəyyən hərbi vəzifələr tapşırıla bilər. V.Zelenskinin əmrinə görə, 18 yaşdan 60 yaşadək kişilər ölkəni tərk edə bilməz. Qeyd edək ki səfərbərlik hələ ki, noyabrın 21-dək uzadılıb. Bu müddət, böyük ehtimalla, artırıla bilər.
Ceyhun MİRZƏLİ