Xersonda yaranmış ağır durum Rusiyanın hansı addımlar atacağı ilə bağlı suallar doğurub. Baki-xeber.com “Err News”-a istinadən bildirir ki, Xersondakı rus qoşunlarının vəziyyətinə Estonoya Müdafiə Qüvvələri Akdemiyasının rəhbəri, briqada generalı Vahur Karus münasibət bildirib. V.Karusun sözlərinə görə, rus qoşunları Kerç boğazı üzərindən, körpüdə baş verən partlayış da daxil olmaqla, ərazidə təchizatın saxlanmasının çox çətinləşdiyini başa düşdükləri üçün Xersonda geri çəkilirlər.V.Karus Ukrayna ordusuna tövsiyə verib "Ukrayna indi, demək olar ki, iki ay və ya daha çox müddətdir Rusiya logistikasını tükəndirir və nə vaxtsa bu qərarı verməlisiniz. Əgər məhdud ərazidə kontingentinizi saxlamaq mümkün deyilsə, ya çətin qərar almaq lazımdır. ya oradan çıxın, ya da təchizatı bərpa etmək üçün səy göstərin” Eston generalı rusların qışda ciddi əziyyət çəkəcəklərinin mesajını verib.
Ceyhun MİRZƏLİ