8 ay Ukraynaya qarşı müharibə aparan Rusiyanın İrkutsk vilayətində Su-30 tipli döyüş təyyarəsi sınaq uçuşu həyata keçirərkən qəzaya uğrayıb. İrkutsk qubernatoru İqor Kobzev hərbi təyyarənin ikimərtəbəli binaya çırpıldığını bildirib.
Fövqəladə Hallar Nazirliyi qəza nəticəsində iki pilotun öldüyünü, mülki şəxslər arasında itklərin olmadığını açıqlayıb.
Rusiya İstintaq Komitəsi qəza ilə bağlı araşdırmalara başlayıb.
Son bir həftə ərzində Rusiyada iki hərbi təyyarənin qəzaya uğraması diqqət çəkir. Altı gün əvvəl Rusiyanın müharibə apardığı Ukrayna yaxınlığındakı Yeysk şəhərinin cənubunda Su-34 tipli döyüş təyyarəsi binaya çırpılıb. Qəza nəticəsində azı 15 nəfər ölüb.
Tahir TAĞIYEV