ABŞ 101-ci Hava Desant Diviziyasını təxminən 80 ildə ilk dəfə olaraq NATO-Rusiya gərginliyinin artdığı Avropaya göndərib. Birlik Rumıniyanın Ukrayna sərhədinə yaxın bir bölgəsində yerləşdirilib.
CBS News-un xəbər verir ki, "Bağıran Qartallar" kimi də tanınan yüngül piyada birliyi dünyanın istənilən nöqtəsində döyüş meydanına bir neçə saat ərzində göndərilməsi üçün təlim görüb və döyüşə tam hazırdır.
Birlik Rumıniyanın Ukrayna ilə sərhədindən təxminən 5 kilometr aralıda yerləşir.
“Biz NATO ərazisinin hər qarışını müdafiə etməyə hazırıq” deyən birliyin bölmə komandirinin müavini briqada generalı Con Lubas, "Biz yüngül piyada əsgəriyik, lakin biz yenə də təyyarələrimiz və hava zərbələrimiz üçün hərəkətliliyimizi bərabərimizdə gətiririk" deyib.
Rumıniyanın Ukrayna ilə sərhədində yerləşən təlim meydançası, ABŞ ordusunun burada olmasına dair Rusiyaya “aydın mesaj” kimi xarakterizə edilir.
Kentukki ştatındakı 101-ci Hava Desant Diviziyasından ümumilikdə təxminən 4700 hərbçi NATO-nun şərq cinahını gücləndirmək üçün buraya yerləşdirilib.
Tahir TAĞIYEV