Türkiyə ordusu heç vaxt kimyəvi silahlardan istifadə etməyib və beynəlxalq hüquqa tabedir. Baki-xeber.com “The National” a istinadən məlumat verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan NTV kanalına verdiyi mühasibəsində danışıb. Qeyd edək ki, Türkiyə ordusunun Şimali İraqdakı kürd yaraqlılarına qarşı bu silahdan istifadəsinə dair iddialar yayılmışdı. Türkiyə prezidenti bu iddiaları böhtan adlandırıb.
Ceyhun MİRZƏLİ