Türkiyə Qərbin maliyyələşdirilməsi və sığortası olmadan Rusiyadan qaz ala bilər. Baki-xeber.com ”İzvestiya”-ya istinadən bildirir ki, bu haqda Türkiyə xəzinə və maliyyə naziri Nurəddin Nəbati söyləyib. Türkiyənin “Dünya” nəşri onun sözlərini sitat gətirib: “Hər hansı bir sanksiya olarsa, Türkiyənin heç bir sanksiyaları pozmadan yeni vəziyyətə uyğunlaşmaq üçün alətlər hazırlamağa hər cür imkanı var”.
N.Nəbati vurğulayıb ki, "hökumət Türkiyəni istehsal mərkəzinə çevirəcək iqtisadi transformasiya həyata keçirməkdə qərarlıdır". Bununla belə, o, bunun “bir qədər ağrılı” olacağını vurğulayıb.
Nəşr onu da əlavə edib ki, türkiyəli nazir, keçən həftə “Böyük İyirmilər” ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşündə iştirak etmək üçün ABŞ-a səfəri zamanı “The Wall Street Journal”a müsahibəsində bu sözləri Türkiyənin bu məsələ ilə bağlı sualına cavab verərkən deyib. Alıcılar “Böyük Yeddilər” ölkələrinin Rusiyadan gələn neftin qiymət limiti ilə bağlı tələblərinə uyğun olaraq, "qiymət limitinin hələ qüvvəyə minmədiyini" ifadə edib.
Ceyhun MİRZƏLİ