Avropada qaz böhranı dərinləşdikcə dövlətlər çıxış yolu axtarmalı olurlar. Baki-xeber.com “EuroNews-“a istinadən məlumat verir ki, İspaniya və Fransa sualtı qaz kəməri inşa etmək barədə razılığa gəlib. Bu məqsədi reallaşdırmaq üçün Barselonadan Marselə bu xəttin inşası gözlənilir. Boru kəməri mayeləşdirilmiş təbii qazı İspaniyaya, Portuqaliyaya və digər Avropa ölkələrinə çatdırmağa imkan verəcək. Avropa İttifaqı qışı böyük elektrik kəsilməsi və ya qaz norması olmadan keçmək üçün kommersiya baxımından mümkün qədər çox bu layihə ilə təmin etməyə çalışır. Razılaşma cümə axşamı İspaniyanın baş naziri Pedro Sançes, Fransa prezidenti Emmanuel Makron və Portuqaliyanın baş naziri Antonio Kosta tərəfindən enerji böhranının əsas mövzu olacağı Brüsseldə keçiriləcək Aİ sammitindən əvvəl elan edilib. P.Sançes qaz kəmərinin inşasının Avropa üçün çox yaxşı xəbər olduğunu bəyan edib. Fransa prezidenti E.Makron isə məqsədin İspaniya və Portuqaliyanın qitənin qalan hissəsi ilə daha yaxşı əlaqə qurması olduğunu bildirib.
Ceyhun MİRZƏLİ