21 sentyabrda verilmiş səfərbərlik qərarından sonra Putin ilk dəfə təlim mərkəzimə gəlib. Baki-xeber.com “The Moskow Times”a istinadən bildirir ki, Rusiya dövlət televeziyası Putinin Ryazandakı hərbi mərkəzə gələrək əsgərlərlə görüşüb-qucaqlaşdığını göstərib.
Putinin qoruyucu kamuflyaj geyindiyi açıq görsənib. Putin beş usağı olan ailəli şəxslə görüşərək ona uğurlar arzulayıb. Hərbi məmurlar Putinə ordunun yaxşı halda səfərbər olmasını əyani göstəriblər. Müdafiə naziri Şoyqu əsgərlərin yaxşı çəkmədə olduqlarını göstərmək üçün onların dönməsini əmr edib. Rusiya Müdafiə Nazirliyindən məlumat verilir ki, indiyə kimi artıq 200 mindən çox şəxs ordu sıralarına çağrılıb. Hərbi uğursuzluqlar qazanan Moskva Ukraynadakı qüvvələrini müdafiə etmək üçün təlimlərin sayını artırıb.
Ceyhun MİRZƏLİ