çərşənbə günü, 16 sentyabr 2026
     

İran Rusiya-Ukrayna müharibəsinə daxil oldu, Qərb daha aqressivləşdi...

Image


Rusiya və Ukrayna arasında davam edən savaşın yaxın perspektivdə sona çatma ehtimalı getdikcə daha da azalır. Əksinə, tərəflərin savaş gedən ərazilərə əlavə hərbi qüvvə cəmləməsi vəziyyətin daha da gərginləşəcəyini göstərir.  

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Oleksiy Qromov belə bir vaxtda bildirib ki, Rusiya Silahlı Qüvvələrinin şimal istiqamətində hücum təhlükəsi artır. Onun sözlərinə görə, Belarusdan Rusiya ordusunun hücumu istisna deyil: “Amma bu dəfə məqsəd Kiyev olmayacaq. Bu dəfə tədarük üçün əsas maddi-texniki arteriyaları kəsmək məqsədilə hücumun istiqaməti Belarus-Ukrayna sərhədinin qərbinə doğru dəyişdirilə bilər”.

ABŞ-ın “The New York Times” qəzeti isə yazır ki, Rusiya Suriyadan Ukraynaya S-300 hava hücumundan müdafiə sistemini və 1000-dən çox hərbçisini gətirib. Qəzet bunu Yaxın Şərqdəki üç mənbəyə - iki Qərb diplomatına və bir İsrail hərbçisinə istinadən yazıb.  Rusiya qüvvələri hava hücumundan müdafiə üçün nəzərdə tutulmuş S-300 sistemlərindən Ukraynada yerüstü hədəfləri vurmaq üçün istifadə edir. Ekspertlər bunu Rusiyanın başqa raketlərinin tükənməkdə olması ilə izah edirlər. Yeri gəlmişkən, Rusiya oktyabrın 10-dan başlayaraq Ukraynanın infrastruktur və enerji obyektlərinin vurulması üçün həm də bu sistemlərdən istifadə edib. Qəzet yazır ki, S-300 sisteminin Suriyadan çıxarılması İsrailin Ukrayna məsələsindəki mövqeyinə təsir göstərə bilər. Mənbələr İsrailin Ukraynaya silahlar verməkdən imtina etməsini onun İsrail təyyarələrinin Suriyada Rusiyanın S-300-ləri ilə vurula biləcəyindən ehtiyat etməsi ilə izah edirdilər. İsrailin digər narahatlığı Rusiyanın İsrail vətəndaşlarının ölkədən çıxışına mane ola biləcəyindəndir. “The New York Times” qəzetinin iki mənbəyi iddia edir ki, Rusiya Suriyadan Ukraynaya iki batalyon (1200-1600 həbçi) göndərib. Mənbələrdən biri əslində daha çox əsgər göndərildiyini bildirib. Qəzet yazır ki, Suriyadan Ukraynaya bir neçə komandir də göndərilib və Rusiya hazırda Suriyada gündəlik əməliyyatlara və İsraillə koordinasiyaya o qədər də diqqət yetirmir. Rusiya və İsrail qərargahları arasında 2018-ci ildən bəri qapalı qaynar əlaqə xətti mövcuddur. 2018-ci ildə Suriya hava hücumundan müdafiə qüvvələri səhv edərək İsrail təyyarəsinin əvəzinə Rusiya təyyarəsini vurmuşdu. Qaynar xətt bu insidentdən sonra açılmışdı. İsrail tərəfi Rusiya ilə bu qaynar xəttin bağlanmasında maraqlı deyil. İsrailin müdafiə naziri Benni Qantz  bildirib  ki, ölkəsi Ukraynaya hava hücumundan müdafiə sistemləri verməyəcək. Amma “The New York Times” yazır ki, İsrail Ukrayna Silahlı Qüvvələrinə başqa şəkildə kömək edir. Məsələn, İsrail Ukraynaya İran istehsalı olan “Shahed-136” dronları barədə məlumat verir. Rusiya hazırda Ukrayna şəhərlərini və enerji qurğularını bu dronlarla bombardman edir. Qəzetin yazdığına görə, Ukrayna İsrailə vurduğu dronların hissələrini ötürür. Bu qırıntıların öyrənilməsi Ukraynaya dronlarla mübarizədə kömək edə bilər. “The Washington Post” qəzeti isə yazıb ki, Ukrayna “Shahed-136” dronlarının qırıntılarını eyni məqsədlə ABŞ-a da ötürür.

Bu arada qeyd edək ki, İran da Rusiyaya getdikcə daha çox kömək göstərdiyi üçün Qərbin qəzəbinə tuş gəlib. Avropa İttifaqının İranın “Shahed” pilotsuz uçuş aparatının istehsalçısı "Shahed Aviation Industries” şirkətinə sanksiya tətbiq edib. ABŞ-da Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi isə qeyd edir ki, iranlılardan ibarət heyət Rusiyanın ilhaq etdiyi Krımda Rusiya ordusunun Ukraynaya dron zərbələrində birbaşa iştirak edir. O bildirir ki, İran dronların idarə edilməsində Rusiya qüvvələrinə texniki dəstək üçün Krıma təlimatçılar və müşavirlərdən ibarət kiçik qrup göndərib. Onun sözlərinə görə, Tehran artıq Ukrayna torpağında Ukrayna mülkilərinə və infrastrukturuna hücumlarda birbaşa iştirak edir: “Birləşmiş Ştatlar İranın Ukrayna xalqına qarşı işlədilən silahlarını ifşa və dəf etmək, habelə qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə edəcək”. Kirbi əlavə edib ki, ABŞ Rusiya və İranın silah ticarəti üzərinə bütün sanksiyalarının qətiyyətlə tətbiq olunmasını təmin edəcək. Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Tehrana iyul ayında səfər edib. ABŞ o vaxt bildirmişdi ki, Rusiya İrandan Ukrayna müharibəsində istifadə etmək üçün PUA-lar almağa çalışır. Ukrayna prezidenti Volodimir Zelenski bildirir ki, Ukrayna hava hücumundan müdafiə qüvvələri son 10 gündə İran istehsalı olan 233 “Shahed” dronu vurub. Ukraynanın enerji naziri Herman Qaluşşenko isə qeyd edir ki, Rusiya son 10 gündə Ukraynanın enerji sisteminə 300-dək hava zərbəsi endirib. Lakin əvvəlki kimi Moskva və Tehran aralarında dronlarla bağlı hər hansı sövdələşmənin olmasını inkar edirlər. Bununla belə, Ukraynanın Qərb müttəfiqləri bildiriblər ki, Kiyevi təkmil hava hücumundan müdafiə sistemləri ilə təchiz edəcəklər. Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova Qərbi Ukraynaya milyardlarla dollarlıq müasir silahlar verdiyinə görə sərt şəkildə tənqid edib. Zaxarova bildirib ki, Ukraynanın silahla təchizatı Qərbi münaqişənin tərəfi edir və Ukraynaya silah verən ölkələr terrorun sponsorlarıdır.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

15.09.2026 / 23:41
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - VİDEO

15.09.2026 / 22:48
Almaniyada hökumət böhranı… 30 millət vəkili hərəkətə keçdi – kansler Merts devrilə bilər…

15.09.2026 / 22:23
Rusiya freqatı Danimarka helikopterini atəşə tutdu - səfir XİN-ə çağırıldı…

15.09.2026 / 22:06
Rusiyadan Ermənistana 11 günlük “qaz zərbəsinin” əsl səbəbi başqadır...

15.09.2026 / 21:49
İki məmur övladlarına yüz minlərlə dollarlıq toy edir, ittihamlar hakimiyyətə yönəlir - Qəribə deyil?...

15.09.2026 / 21:34
Zəngəzur dəhlizi açılmamış Ermənistan İranla saziş imzaladı - bu nə sazişdir...

15.09.2026 / 21:20
BRİKS Zirvəsinin qrup foto mərasimində Putinin yerini niyə dəyişdirdilər...?

15.09.2026 / 21:05
Demokratlar kiçik Trampın toyunun maliyyəsini araşdıra bilər - Aralıq seçkiləri udsalar…

15.09.2026 / 21:05
İlham Əliyev Naxçıvanda “qızıl kəşfiyyatı” üzrə saziş imzaladı...

15.09.2026 / 20:53
Erməni mediası ABŞ, Fransa səfirlərini və AB xüsusi elçisini düşmən elan etdi - səfirlərin “günahı”...

15.09.2026 / 20:40
Hörmüz boğazı üzrə İran-Ərəb sammiti baş tutmadı - neftin qiyməti kəllə-çarxa qalxacaq...

15.09.2026 / 20:22
İlham Əliyev Cənub Qaz Dəhlizi üzrə daha bir müqavilə imzaladı...

15.09.2026 / 20:08
Uşaq qatili Öcalan dövlətdən status tələb edir - Baxçalı Türkiyəni şoka soxan xəbər sızdırdı...

15.09.2026 / 19:55
ABŞ Azərbaycanda da fəaliyyət göstərən Rusiya bankını İrana görə sanksiya siyahısına saldı...

15.09.2026 / 19:47
Yardımlıda korrupsiya əməliyyatı - İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi

15.09.2026 / 19:41
Vüqar Rəhimzadə: Ermənistan cəmiyyətinin xarici diplomatların suveren ərazimizə səfərlərinə reaksiyası qəbuledilməzdir

15.09.2026 / 19:25
Səudiyyədən Məkkə, Ciddə və Taifə hücum xəbərdarlığı - sakinlərə çağırış edildi…

15.09.2026 / 19:12
MDU-da regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub

15.09.2026 / 18:33
Naxçıvanda ümumi daxili məhsul artıb, amma inflyasiya yüksək, əməkhaqqı azdır...

15.09.2026 / 18:15
Dəyişkən iş qrafikinin nəqliyyat sıxlığına səmərəli təsiri (?) 1 həftə sonra bilinəcək...

15.09.2026 / 17:58
Ermənistan Rusiya və İrana qarşı əsas kəşfiyyat platsdarmına çevrilir - ABŞ-ın şok planı üzə çıxdı

15.09.2026 / 17:53
Ermənistan "qaz bucağına" sıxışdırılır - xilas yolu Azərbaycanın dəhlizindədir...

15.09.2026 / 17:42
Son 6 ildə Azərbaycanda 1-ci sinfə gedənlər 40 mindən çox azalıb

15.09.2026 / 17:36
Xırdalanda əl qumbarasının partlaması nəticəsində 19 yaşlı qız öldü...

15.09.2026 / 17:29
Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT

15.09.2026 / 17:15
XIN-dən Nyu-Yorkda gözlənilən Bayramov-Mirzoyan görüşü ilə bağlı açıqlama...

15.09.2026 / 17:10
"Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik" - Prezident

15.09.2026 / 17:04
Prezident: "Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik"

15.09.2026 / 17:03
"İslam dünyasına qarşı elan olunmamış müharibə gedir" - Prezident

15.09.2026 / 17:02
Prezident İlham Əliyev: "Avropa Parlamenti rüşvətxorlar yuvasıdır"

15.09.2026 / 16:57
"Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır" - Prezident

15.09.2026 / 16:51
Ermənistanın sülhpərvərliyi şübhə doğurur

15.09.2026 / 16:50
Körfəz ölkələrinin İranla “Hörmüz danışıqlarını” kim pozdu?..

15.09.2026 / 16:48
Prezident İlham Əliyev: "Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib"

15.09.2026 / 16:47
"Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib" - Prezident

15.09.2026 / 16:44
Prezident: "Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir"

15.09.2026 / 16:43
"Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz" - Prezident

15.09.2026 / 16:41
"Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq" - Prezident İlham Əliyev

15.09.2026 / 16:37
Prezident dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışdı

15.09.2026 / 16:35
Borçalı aşıqlarının möhtəşəm konserti keçirildi...

15.09.2026 / 16:34
"Azərbaycan xalqı dünyada bir presedent yaratdı" - Prezident

15.09.2026 / 16:32
Prezident: "Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin"

15.09.2026 / 16:31
"Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir" - Prezident

15.09.2026 / 16:30
Prezident İlham Əliyev: "Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir"

15.09.2026 / 16:27
"Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib" - Prezident

15.09.2026 / 16:09
Ayaz Əsgərov Yardımlının İcra başçısı vəzifəsindən azad edildi

15.09.2026 / 16:08
Azərbaycan Rusiya ilə birgə ali təhsil ocağı yaradır - VİDEO

15.09.2026 / 16:08
Tramp Britaniyanın parçalanmasına rəsmən start verdi...

15.09.2026 / 15:56
Çoxuşaqlı ailə anlayışına əl gəzdirməyin vaxtı çatıb, hətta gecikib - 6 uşaqlı ailə var?

15.09.2026 / 15:24
Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlandı...

15.09.2026 / 15:17
"Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə 110 bəndlik yol xəritəsi qəbul olunub" - Nazir

15.09.2026 / 15:09
Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki dəmir yolu layihəsinin 75 faizi icra olunub...

15.09.2026 / 15:03
Hakan Fidan Qars-Dilucu dəmir yolunun 2029-un sonuna kimi tamamlanacağını açıqladı

15.09.2026 / 14:55
"Azərbaycan COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verir" - Ceyhun Bayramov

15.09.2026 / 14:50
"Bugünkü səfərin mühüm tarixi əhəmiyyəti var" - Hakan Fidan

15.09.2026 / 14:44
Rusiya Polşanı hədələdi - 2-3 gün ərzində yox edəcəyik…

15.09.2026 / 14:34
Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 18 milyarda çatıb

15.09.2026 / 14:30
Ukraynanın Qara dənizə çıxış limanı bağlandı

15.09.2026 / 14:11
Ceyhun Bayramov yaxın günlərdə Nyu-Yorkda Mirzoyan görüşəcək…

15.09.2026 / 13:57
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etd

15.09.2026 / 13:44
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür etdi

15.09.2026 / 13:30
Ramiz Mehdiyevin AMEA üzvlüyü məsələsinə istintaq orqanlarının qərarından sonra baxılacaq...

15.09.2026 / 13:12
Prezident İlham Əliyev Hakan Fidanı qəbul etdi - FOTO

15.09.2026 / 13:02
Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlandı

15.09.2026 / 12:36
Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi

15.09.2026 / 12:24
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - FOTO/YENİLƏNDİ

15.09.2026 / 12:05
Yardımlıda əməliyyat - keçmiş məhkum 8 kq narkotiklə saxlandı

15.09.2026 / 11:43
Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi açıqlandı

15.09.2026 / 11:27
Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilir

15.09.2026 / 11:25
“Ermənistandan bazanın Gümrüdən çıxarılması ilə bağlı heç bir sorğu almamışıq” - Qaluzin

15.09.2026 / 11:09
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

15.09.2026 / 10:56
“Şərtlər yerinə yetirilməyənə qədər danışıqlar olmayacaq. Nöqtə!" - İrandan ABŞ-a qəti mesaj...

15.09.2026 / 10:40
Ukrayna Sızran neft zavodunu ikinci dəfə bombaladı - Taqanroqdakı Ozon anbarı da vuruldu…

15.09.2026 / 10:27
İranın bir ay əvvəl vurduğu supertanker Hörmüz boğazında minaya düşdü…

15.09.2026 / 10:11
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə cinayət işi açıldı

15.09.2026 / 10:02
XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi

15.09.2026 / 09:57
Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə xələl gətirən addımlardan çəkinməyə çağırdı

15.09.2026 / 09:40
15 sentyabr türk birliyinin tarixi zəfər günüdür

15.09.2026 / 09:32
"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması enerji sektorunda əməkdaşlıq imkanlarının artmasına şərait yarada bilər" - Nazirlik

15.09.2026 / 09:10
Bülənt Arınc “kimin bostanına daş atdı”? - “…yerinə utandım”…

15.09.2026 / 08:48
Rusiya Ermənistana qaz nəqlini 11 günlüyə dayandırır - təmir, ya nəbz yoxlanışı?

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ