Rəsmi Kiyev İran dronlarını yoxlamaq üçün BMT nümayəndələrini Ukraynaya dəvət edib. Baki-xeber.com “DW News”-a istinadən bildirir ki, Rusiya buna görə narahat olub. Buna görə də Moskva BMT-ni dronlarla bağlı araşdırma aparmamağa çağırıb. Baş verənlərə görə ABŞ, Böyük Britaniya və Fransa BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb. Onlar Rusiyanın BMT-nin İrana qarşı tətbiq etdiyi silah embarqosunu pozduğunu iddia ediblər. ABŞ və Avropa Birliyi bazar ertəsi Ukrayna şəhərlərinə edilən hücumun İranın “Şahed 136” pilotsuz təyyarələri tərəfindən həyata keçirildiyini bəyan etmişdi.
Ceyhun MİRZƏLİ