Almaniya qazla bağlı proplemini həll etməkdədir. Baki-xeber.com “ İzvestiya”-ya istinadən bildirir ki, bu barədə ölkənin kansleri Olaf Şoltz məlumat verib. Almaniya lideri belə deyib: “Şadam ki, biz Avropa səviyyəsində qaz istehlakını 15% azaltmaq yönündə razılığa gələ bilmişik. Bu, indiyədək xüsusilə Rusiya qazından asılı olan ölkəmizlə də Avropa həmrəyliyinin güclü siqnalıdır. Nəzərə alın ki, bu asılılıqdır. Axı biz bu asılılıqdan qurtulmuşuq və qışa yaxşı hazırlıqla giririk”, - deyə o, Bundestaqda çıxışı zamanı bildirib.
Hökumət başçısı Almaniyanın qaz istehlakını 20% azaltmağı gözlədiyini qeyd edib və bu işdə göstərdiyi köməyə görə əhaliyə təşəkkür edib. Avropa Komissiyyasının məlumatına görə, artıq Rusiyadan olan qaz asılılığının üçdə ikisi çözülüb. Həmçinin Avropanın anbarlarında qaz ehtiyatlarının olması xəbər verilir.
Ceyhun MİRZƏLİ