Bazar ertəsi günü, 09 noyabr 2026
     

İran rejimi qadın etirazlarına məğlub olur...

Image


İranda dini idarəçiliyə qarşı etirazlar yeni nəsil qadın və qızlar arasında görünməmiş sürətlə yayılmaqda davam edir. Bunlar fonunda həm də sosial şəbəkələr dini lider Ayətullah Əli Xamneinin şəkillərinin divarlardan çıxarılıb cırılmasını və sonra da yandırmasını əks etdirən videolarla doludur. Onlar hicabı “düzgün” taxmadığına görə saxlanan və polis şöbəsində ölən gənc kürd qadına ithafən başqa bir şüar da səsləndirirlər: “Birləşməsək, növbəti Məhsa Əmini biz olacağıq”.

İran hakimiyyəti Əmininin ölümündən sonra başlayan aksiyalara sərt reaksiya verir, amma etirazlar səngimir. Əksinə, İranda molla rejiminə qarşı etirazlar daha geniş miqyasda davam edir. Etirazçılar qadınların hüquqlarının qorunması, polis zorakılığına son qoyulması, İranın demokratikləşməsi və hökumətin istefasını tələb edirlər. Aksiyalar hicabsız qadın mərhələsindən, belə demək olarsa, “molla edamı mərhələsinə” keçib. Demək olar ki, bütün şəhərlərin körpülərində boynundan asılmış molla maketi görmək olar. Rəşt şəhərində isə, hətta Əli Xamneinin büstünün göz və ağız nahiyəsini qırmızıya (qan mənasında) boyayıblar. İran azərbaycanlılarından biri baş verənlər fonunda “Fərda” radiosuna bildirib: “Təbriz və digər şəhərlərdə gənc qadınlar çox vaxt küçəyə hicabsız çıxırlar. Yerli əxlaq polisi isə onlara əvvəlki kimi hər hansı təzyiq göstərmir”. Təhlükəsizliyə görə adının anonim qalmasını istəyən, Tehranda yaşayan İran azərbaycanlısı sözügedən radioya bildirib ki, yaxın günlərdə daha güclü və çoxminli aksiyaların keçirilməsi gözlənilir: “Bu təşkilatçılığı konkret hər hansı təşkilat və ya hərəkat üzərinə götürməyib. Əsasən gənclər təşəbbüslə çıxış edirlər. Liderlərinin olmaması isə prosesi həm gecikdirir, həm də insanları aksiyaya kütləvi şəkildə qatılmaqdan çəkindirir. Amma hazırkı rejimə nifrət o qədər böyükdür ki, insanlar ölümdən qorxmadan küçələrə çıxırlar. Xüsusən də Evin həbsxanasında baş verən yanğın, nəticədə 40 nəfərin öldürülməsi insanlarda qəzəbi artırıb”. İran rəsmiləri isə Evindəki yanğında 8 məhbusun öldüyünü bildirib. Kimliyini təhlükədən dolayı anonim saxlayan digər azərbaycanlı deyir ki, gənclər də etirazlarda fəaldır, lakin aparıcı qüvvə hələ də qadınlardır. Onun sözlərinə görə, İranda qadınların tələbi hicabsız gəzmək deyil. Onlar hakimiyyətin insanların şəxsi həyatına müdaxiləsinə etiraz edir: “İndi əksər  şəhərlərdə gənc qadınlar çox vaxt küçəyə hicabsız çıxırlar. Buna əvvəl sərt müdaxilə edən əxlaq polisi isə onlara əvvəlki kimi hər hansı təzyiq göstərmir. Çünki bu təpki və zorakılığın böyük bir etiraza çevriləcəyindən ehtiyat edirlər. Əsasən də Azərbaycan şəhərlərində polis hicabsız qadınlara müdaxilə etməyə çəkinir. Rəsmi qurumlar da yerli polislərə təlimat veriblər ki, başıaçıq qadın gördükdə hər hansı müdaxilə etməsinlər. Yerli qadınlar başıaçıq gəzsələr belə, üst geyimlərində açıq-saçıqlıqdan qaçırlar. Çünki açıq-saçıq geyinənlərə polis sərt müdaxilə edir”.

Həmin şəxs onu da deyir ki, bir aydan çoxdur davam edən iğtişaşlar zamanı Mərənd və Marağa şəhərlərində isə hər hansı aksiya olmayıb: “Hadisələrin ilk mərhələsində Azərbaycan şəhərləri aktiv idilər. Təbriz və Urmiyədə bir neçə dəfə aksiya keçirildi. Lakin sonradan proseslər səngidi. Hazırda Təbriz və Urmiyədə hər hansı aksiya keçirilmir. Zəncan və Qəzvində tələbələrin etirazları davam edir. Mərənd və Marağa şəhərlərində isə hər hansı aksiya qeydə alınmayıb. Yeganə Azərbaycan şəhəri Ərdəbildir ki, orada 3 gündür aksiyalar dayanmır. Xeyli sayda həbs olunan və yaralanan var. Buna səbəb də orta məktəbdə təhsil alan 16 yaşlı Aytəki polisin qətlə yetirməsidir”. Ərdəbildə yaşayan 40 yaşlı xanım İranda nəinki etiraza çıxanların, bu mövzuda tənqidi bir söz deyənlərin də təzyiqlə üzləşdiyini deyir. Onun sözlərinə görə, hazırda vəziyyət gərgin olsa da, daha geniş aksiyalar baş vermir. Di gəl, saxlananlar var: “Hadisələr barədə başqa ölkədə yaşayan qohumuna, dostuna foto, video atanlar belə saxlanılır. Hətta onların əleyhinə bir söz deyənləri də bölməyə aparırlar. Nömrələr, telefon – hamısı yoxlanışdadır. O gün bir tanış sosial şəbəkədə paylaşım etdiyi üçün səhər saat 5-də gəlib aparmışdılar”. İranda bir sıra universitetlər son etirazlara qoşulublar. Qatı mühafizəkar prezident İbrahim Rəisi bir neçə gün əvvəl Tehranda ancaq qadınların təhsil aldığı Əl-Zəhra Universitetində çıxış edərkən qadın tələbələr “Rəisi, rədd ol”, “Mollalar, rədd olun” deyə qışqırıblar. Tehranda yaşayan bir azərbaycanlı bildirir ki, orta məktəblərin yuxarı sinifləri əsas etirazçı kəsimdir: “Qadın müəllimlər tətildədir. Onlar hökumətə etiraz olaraq dərsə gəlməkdən imtina edirlər. Bu yaxınlarda 17 yaşlı orta məktəb şagirdi dərsdən çıxıb evə gələrkən polis tərəfindən 24 güllə atəşinə məruz qalması valideynləri qorxudub. Aşağı siniflərin dərsə davamiyyətini saxlamağa çalışsalar da, əksər valideynlər uşaqlarını məktəbə göndərmir. Həm universitet, həm məktəblərdə dərsə hicabsız gəlmək adiləşib. İndi insanlar bunu özləri üçün ciddi bir şey və ya prinsipial məsələ saymırlar”. Bu arada İranda etirazlara cənub-qərbi Şuş şəhərindəki Haft Təpə şəkər zavodunun işçilərinin qoşulması xəbərləri gəlir. Onlar sırasında yer alan tanınmış əmək fəalı İsmail Baxşı qeyd edir ki, zavod menecerleri fəhlələri tətildən çəkindirmək üçün onların bank hesablarına pul qoyub, amma onlar ləyaqət nümayiş etdirərək tətilə çıxıblar. İran iqtisadiyyatının müxtəlif sektorlarında tətillər hökumətə təzyiqi artırır. Son günlər müxtəlif şəhərlərdən fəhlə tətilləri haqda xəbərlər gəlir, özəlliklə neft sənayesinin mərkəzi cənub ərazilərindən. Neft iqtisadiyyatın hökumətə qazanc gətirən azsaylı sektorlarındandır.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ