Artıq bir müddətdir ki, İran silahlarının Ukrayna müharibəsindəki iştirakından danışılır. Buna görə Qərb ölkələri rəsmi Tehrana yeni sanksiyalar tətbiq etmək istəyirlər.
Baki-xeber.com “RBK Ukrayna” ya istinadən bildirir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani baş verənlərə münasibət bildirib. İranlı diplomat bu xəbərləri təkzib edib. N.Kənaninin sözlərinə görə, bu ittihamlar İrana qarşı yönələn məqsədli kampaniyanın bir hissəsidi. O, həmçinin qeyd edib ki, İran ittihamları təkzib etmək üçün Ukrayna ilə danışıqlara da hazırdır. N.Kənani bir daha İranın bu savaşda neytral mövqedə olduğunu bəyan edib. Qeyd edək ki, V.Zelenski Kremlin Tehrandan yardım istəməsini Rusiyanın hərbi-siyasi iflası kimi qymətləndirmişdi.
Ceyhun MİRZƏLİ