60 min şəxsin tərk ediləcəyi gözlənilən Xersonda vəziyyət gün-gündən ağırlaşmaqdadır. Baki-xeber.com “The National” a istinadən bildirir ki, bu ağır vəziyyət barədə elə rus generallarının özləri məlumat verir. Müharibədən öncə təxminən 300 min əhalisi olan şəhər Rusiyanın əlinə keçmişdi. Xerson dünyanın tanımadığı referendum nəticəsində Rusiyaya birləşdi. “Bizim Xerson şəhərindəki planlarımız onsuz da çox narahat olan taktiki hərbi vəziyyətdən asılı olacaq. Biz mülki şəxslərin və hərbçilərimizin həyatını qorumağa çalışacağıq”, - deyə general Sergey Surovikin Moskvada keçirdiyi mətbuat konfransında bildirib.
Ukrayna uzun müddətdir ki, şəhəri geri almaq niyyətində olduğunu bəyan edib, lakin oktyabrın əvvəlində Xarkov yaxınlığında daha şimalda gözlənilməz hücuma başlayıb və Moskva Xersonu gücləndirmək qərarına gəldikdən sonra Rusiya qüvvələrini darmadağın edib.
2200 kilometr uzunluğundakı Dnepr çayının şimalında yerləşən cənub şəhərini müdafiə etmək çətindir. Son aylarda Ukrayna qüvvələri şimal sahilində rusları təmin edən körpüləri zədələyir və dağıdır.
Ceyhun MİRZƏLİ