İsrailin Kiyevə silah satması xəbərlərinə bu ölkənin müdafiə naziri Benni Qantz münasibət bildirib. Baki-xeber.com Türkiyənin “Cumhuriyet” qəzetinə istinadən məlumat verir ki, B.Qantz İsrailin Ukraynaya yalnız tibbi və humanitar yardım etdiyini bəyan edib. Bu xəbərlərin yayılmasına səbəb İsrail Diaspora nazirinin açıqlamaları olub.
Likud lideri və İsrailin keçmiş baş naziri Binyamin Netanyahu da “MSNBC” telekanalına müsahibəsində bildirib ki, İsrail hökumətinin Ukraynaya silah verməkdən imtina etməsi ilə bağlı bəyanatını alqışlayır. "Mən müxalifətin lideriyəm, ümid edirəm ki, iki həftə sonra bu hökumət seçkilər nəticəsində dəyişəcək. Bununla belə, düşünürəm ki, onlar bu məsələdə balanslaşdırılmış siyasət aparırlar", - Netanyahu bildirib.
İsrailin diaspora naziri Nachman Shai daha öncə sosial media hesabında etdiyi paylaşımda İranın Rusiyaya ballistik raketlər göndərməyə hazırlaşdığı xəbərindən sonra İsrailin də ABŞ və NATO kimi Kiyevə hərbi yardım etməli olduğunu bildirib.
Ceyhun MİRZƏLİ