Ege adasındakı Türkiyə-Yunanıstan gərginliyi fonunda Afina silahlandırılır. Baki-xeber.com Türkiyənin “Cumhuriyet” qəzetinə istinadən bildirir ki, Almaniya kansleri Olaf Şoltsun Yunanıstana səfəri gözlənilir. 27 oktyabrda baş tutacaq səfərdə Yunanıstana 4 milyardlıq silah yardımı ediləcəyi gözlənilir. Yardımın detallarının bir hissəsi görüş zamanı açıqlanacaq. Yunan mediasının məlumatına görə, Afinaya ediləcək yardımlar bundan ibarət olacaq: 205 Lynx KF-41 zirehli döyüş maşını, 190 Leopard -1 tankı, 183 Leopard 2 tankları. Qeyd edək ki, Yunanıstan bundan öncə Fransadan da hərbi yardım almışdı. Ümumən dünyadakı ən aktiv müharibə ocaqlarından biri də Ege adasıdı. Vaxtaşırı Ankara Yunanıstana xəbərdarlıqlar edir.
Ceyhun MİRZƏLİ